“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi
  15 İyul 2016    Oxunub:1723
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

AzVision.az-ın məlumatına görə, püşkatma nəticəsində "Qarabağ" - "Düdelanj" (Lüksümburq) cütünün rəqibi də müəyyənləşib.

Beləliklə, “Qarabağ” "Düdelanj" səddini keçərsə, Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, növbəti mərhələyə "Qarabağ"ın keçmək şansı yüksək qiymətləndirilir. Çünki, Ağdam təmsilçisi evdəki ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti