Ərdoğan: `Məndən inciməsinlər`

Ərdoğan: `Məndən inciməsinlər`
  01 Avqust 2013    Oxunub:1125
`Türkiyədə hər bir kəs hüquqlarını yalnız demokratik yolla tələb edə bilər`
`Kim nədən narahatdırsa, nə xoşuna gəlmirsə, nəyi dəstəkləmirsə, bunu hüquqi şəkildə, demokratik hüquqlar çərçivəsində dilə gətirə bilər.
Dağda və ya şəhərdə meydanları işğal etməklə, və ya küçələrdə terror törətməklə demokratik hüquqları tələb etmək düzgün deyil.
Bu demokratiyaya yalnız zərər verə bilər, demokratiyanı təhlükə altına ala bilər. Xüsusilə, millətimizin, ölkəmizin itirməsinə səbəb ola bilər`.


AzVision.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan vurğulayıb ki, biz bu günə qədər 76 milyonun hər bir fərdinə eyni münasibəti sərgiləmişik və bu cür münasibətdə olmağa da davam edəcəyik:

`Türkiyənin iqtisadiyyatı üçün daş üstünə daş qoyanların bizim qəlbimizdə xüsusi yeri var. Amma bəziləri bundan sui-istifadə edirsə, məndən inciməsin. Belə olduğu təqdirdə, ayrı-seçkiliyə yol verilmədən, lazımı tədbirlər görüləcək. Kimin bir səhvi varsa, onun cəzasını mütləq çəkməlidir`.

`Türkiyədə iqtisadi nailliyyətlərin möhkəmləndirilməsi və davam etdirilməsi üçün siyasi stabilliyin saxlanması vacibdir`,deyə baş nazir əlavə edib:

`Demokratiyamızla oyun oynayanlara heç vaxt aldanmayacağıq, fitnəni, nifaqı, ayrı-seçkiliyi, qarşıdurmanı heç vaxt öz adımıza yaraşdırmayacağıq`, deyən Ərdoğan, Türkiyədə hər kəsin öz hüquqlarını yalnız demokratik yolla tələb edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyədə son günlər etiraz aksiyaları səngimək bilmir. Etirazlar zamanı dörd minə yaxın adam müxtəlif dərəcəli xəsarətlər alıb, 4,9 min nəfər isə polis tərəfindən saxlanılıb.

Mirvari



Teqlər:  





Xəbər lenti