Həbs olundu, 4 milyon qazandı
Ötən il aprelin 25-də polis narkotik alveri iddiası ilə Konqun da yaşadığı evdsə əməliyyat keçirib və 9 nəfəri həbs edib. Polis idarəsində ayrı kameralarda saxlanan Konq pəncərəsi və tualeti olmayan kamerada unudulub.
Halbuki, D.Konq həmin evə dostunu görmək üçün gedibmiş və günahsız imiş.
Dörd gün sonra ölümcül halda təsadüfən tapılan D.Konq kameradan çıxdıqdan sonra bədəninin həddindən artıq su itirməsi və böyrək çatışmazlığına görə müalicə olunub. Bundan başqa o, 4 gün ərzində 4 kilo arıqlayıb.
Bundan sonra o, məhkəməyə müraciət edib. Hazırda məhkəmə yekunlaşıb və o, dövlətin D.Konqa 4 milyon 100 min dollar miqdarında təzmiant verməyi barədə qərar çıxarıb.
Fatimə KƏRİMLİ