Messi və İniesta Türkiyə səfərini ləğv etdi

Messi və İniesta Türkiyə səfərini ləğv etdi
  16 İyul 2016    Oxunub:2114
İspaniyanın “Barselona” klubu Türkiyədə baş verən hərbi çevrilişə cəhdin ardından Eto Vəqfinə yardım matçı üçün Antaliyaya gedən keçmiş və yeni futbolçularının təhlükəsizliyi ilə əlaqədar rəsmi “Twitter” hesabından açıqlama yayıb.
AzVision.az-ın məlumatına görə, klubun açıqlamasında bildirilir:

“Etonun matçına gedəcək Messi və İniesta İspaniyadadır. Arda, Puyol, Deko və Abidal isə təhlükədən uzaqdırlar və daim bizimə əlaqədədirlər”.

Qeyd edək ki, bu gün Eto Vəqfinin qurulmasının 10 illik yubileyi münasibəti ilə dünya ulduzlarının iştirakı ilə futbol matçı keçiriləcək. Hələlik oyunun təxirə salınması və ya vaxtının dəyişdirilməsi ilə bağlı məlumat yoxdur.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti