700 bal toplayan oğlanın uşaqlıq arzusu - FOTO

700 bal toplayan oğlanın uşaqlıq arzusu - FOTO
  18 İyul 2016    Oxunub:87801
İsmayıllı rayon 5 saylı orta məktəbin məzunu Lətifov Ağalətif İsaq oğlu IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 700 bal toplayb.

A.Lətifov AzVision.az-a açıqlamasında sınaq imtahanlarında yüksək bal topladığını deyib. O, 2015-ci ildə biologiya üzrə fənn olimpiyadasında bürünc medal qazanıb.

“Orta məktəbdə nəticələrim yüksək olub. Bütün qiymətlərim “5” olub. Uşaqlıqdan həkim olmağı arzulayırdım. Buna görə də, Tibb Universitetinin Müalicə işi fakültəsinə sənədlərimi verəcəyəm. Uşaq həkimi, pediatr olmaq istəyirəm.

Ailəm, yaxınlarım 700 bal topladığıma çox sevinir. Sözün açığı imtahanda yüksək bal toplayacağımı gözləyirdim”.

Ağlətif Lətifov qızıl və gümüş medala namizədliyini verəcəyini bildirib.

Qeyd edək ki, iyunun 15-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.



Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti