Xocalı aksiyasına hücum - VİDEO

  25 Fevral 2013    Oxunub : 205
Xocalı aksiyasına hücum - VİDEO
Hücum zamanı 7 nəfər yaralanıb.
Türkiyədə Xocalı soyqırımının anım mərasimində hadisə baş verib. Belə ki, Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə hücum olub. Türk mətbuatına əsasən, hadisə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün imza toplanılması zamanı baş verib. Gökbörü Türkçülər Dərnəyinin tədbirinə bir qrup şəxs hücum edib. Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə xəsarətlər yetirməyə başlayıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb.


Teqlər: