Ermənilərin atəş açdığı türk öldü

Ermənilərin atəş açdığı türk öldü
  01 Avqust 2013    Oxunub:1345
Türkiyə vətəndaşlarına xəbərdarlıq edilib
Ermənilər Türkiyə vətəndaşına atəş açıblar. Türkiyənin Qars vilayətinin Arpaçay kəndində yaylaqda heyvanlarını otaran çobana açılan atəş nəticəsində ölüb. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, heyvanlar Ermənistan sərhədini keçib, buna görə də çoban Mustafa Ülkər sərhədi keçməyə çalışıb. Bu zaman isə Ermənistan tərəfindən çobana atəş açılıb.

Qars valisi Eyüp Təpə bildirib ki, atəş açmazdan öncə Mustafa Ülkerə heç bir xəbərdarlıq edilməyib. Cənazəni almaq üçün Akyaya Bələdiyyə sədri Osman Uğurlu iə Sərhəd Xidmətindən bir qrup sərhədə gediblər.

Vali Türkiyə vətəndaşlarına xəbərdarlıq edib. Bildirib ki, Ermənistanla sərhəddə tez-tez belə hadisələr yaşanır. Buna görə də vətəndaşlar diqqətli olmalıdırlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti