`Tiflis görüşü seçkidə iştirak etməmək istəyini üzə çıxardı`

`Tiflis görüşü seçkidə iştirak etməmək istəyini üzə çıxardı`
  01 Avqust 2013    Oxunub:954
Tiflis görüşü pat vəziyyətinin saxlanmasına qərar verdi
`Radikal müxalifət liderlərinin bu günlərdə Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirdiyi görüş siyasi analitiklər üçün müəyyən maraq doğurdu. Bu ilin payızında keçirilən prezident seçkisində iştirak edəcək qüvvələrdən birinin strategiyası onun fəaliyyətini qiymətləndirməyə imkan verirdi`.

AzVision.az xəbər verir ki, bunu YAP-ın Siyasi Şurasının üzv Aydın Mirzəzadə facebook səhifəsində Milli Şuranın Tiflis şəhərindəki görüşünü şərh edərkən bildirib.

O, qeyd edib ki, görüşün nəticələri barədə müxtəlif proqnozlar verilsə də, onun nəticəsiz başa çatacağı gözlənilən idi:

`Radikalların seçkiqabağ yaratdıqları Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov yenə də situasiyanı həll edə bilmədi. Onun Bakıya dönməsi mövzusu cəmiyyət üçün maraqlı olmadığı, bu amildən istifadənin heç bir səmərə verməyəcəyi başa düşüldü`.

Yenə müxalifətin sosial bazası Milli Şuranın seçki ilə bağlı nə addım atacağı barədə suala cavab ala bilmədi-deyə millət vəkili, ehtiyat namizəd variantının müzakirə edilib edilmədiyininsə qaranlıq qaldığını vurğulayıb:

`Müsavat Partiyasının başqanı İsa Qəmbərin İbrahimbəyovla ayrıca görüşü isə tərəflərin hələ də bir-birinə inam bəsləmədiklərini və özləri üçün əlverişli situasiyanı gözlədikləri üzə çıxdı. Radikalların Tibilisi görüşü onların əslində seçkidə iştirak etməmək istəyini üzə çıxardı. Müxalifətin digər cinahları aktiv surətdə seçki məsələləri ilə məşğul olduqları və tərəfdarları ilə iş apardıqları halda , radikallar hələ də "pasport sindromundan" əziyyət çəkirlər. Onların cəmiyyətin problemlərinin həllinə dair proqramlarının olmaması isə üzdə olan ciddi faktorlardan biridir`.

A.Mirzəzadə vurğulayıb ki, Tiflis görüşü müxalifətin bu seçkidə də də ciddi məğlubiyyətə uğrayacağı və daxili çəkişmələrdən azad olmadığını göstərdi:

`2013-cü il seçkisində onlar yeni seçki texnologiyası tətbiq etməyə çalışsalar da, onun uğursuzluğu bariz görünür. Daxili məzmunu dəyişmədən, cəmiyyətin əhal-ruhuiyyəsini tutmadan uğur qazanmaq qeyri mümkün olan məsələdir`.

AzVision.az


Teqlər:  





Xəbər lenti