Messi ilə şəkil çəkdirmək üçün 1 kilometr üzdü

Messi ilə şəkil çəkdirmək üçün 1 kilometr üzdü
  20 İyul 2016    Oxunub:2246
Yay istirahətini İbizada keçirən ulduz futbolçu Lionel Messi yaxtasında sürpriz qonaqla qarşılaşıb.

AzVision.az-ın məlumatına görə, ispaniyalı futbol azarkeşi Suli adlı gənc Messi ilə şəkil çəkdirmək üçün 1kilometr dənizdə üzüb.

Messinin yaxtasının yerləşdiyi ərazini GPS vasitəsilə tapan Sulini ulduz futbolçu göyərtədə qarşılayıb. Telefonunu dənizdə itirdiyinə görə, Messi köməkçisinin telefonu ilə Suli ilə şəkil çəkdirib.

“Mundo” nəşrinə müsahibə verən Suli bildirib ki, Messi çox qonaqpərvərdir: “O, çox qonaqpərvər və nəzakətli insandır. Telefonumu itirdim. Amma, Messi ilə şəkilim var”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti