`Kəpəz` Avroliqa ilə vidalaşdı - Video

`Kəpəz` Avroliqa ilə vidalaşdı - Video
  21 İyul 2016    Oxunub:2765
Gəncənin “Kəpəz” klubu Avropa Liqasında mübarizəni dayandırıb.
Şahin Diniyevin yetirmələri bu gün turnirin II təsnifat mərhələsinin cavab oyununda Bakıda Avstriyanın “Admira” komandası qəbul edib və 2:0 hesabı ilə uduzub.

“Admira”nın heyətində Kristof Knasmüllner və Patrik Şmidt müvafiq olaraq 17 və 76-cı dəqiqələrdə fərqləniblər.

Bu komandalar arasında Avstriyada keçirilən ilk matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, “Kəpəz” Avropa Liqasında mübarizəni dayandıraraq, turnirlə vidalaşıb.



AzVision.az


Teqlər:





Xəbər lenti