Prezidenti snayper vurmalı idi

Prezidenti snayper vurmalı idi
  02 Avqust 2013    Oxunub:1218
Venesuela prezidenti Nikolas Maduronu öldürmək istəyiblər.
AzVision.az xəbər verir ki, ölkə prezidentinə sui-qəsd planı barədə Venesuelanın daxili işlər naziri Rodriges Torres iyulun 31-də “Telesur” telekanalına bildirib.

Plana görə, prezidenti snayper vurmalı idi. Daha sonra isə əhəmiyyətli strateji obyektlərə hücum edilməsi gözlənilirdi. Torresin sözlərinə görə, sui-qəsd əvvəlcə iyulun 24-nə planlaşdırılıbmış. Belə ki, sui-qəsd hazırlığına 2013-cü ilin aprelində prezident seçkilərinə az qalmış başlanıbmış.

Sui-qəsd iştirakçıları arasında Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe, Hondurasın keçmiş prezidenti Roberto Miçeletti, Kuba terrorçusu Posad Kariles və Mərkəzi Kəşfiyyat İdarəsinin anonim əməkdaşı olub.

Sui-qəsdçilərin görüşləri Kolumbiyanın paytaxtı Boqoto, həmçinin Panama və Mayamidə baş tutub. Torres sui-qəsdin qarşısının necə alınması barədə açıqlama verməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti