Əsəd: “Qələbə qazanacağıma əminəm”

Əsəd: “Qələbə qazanacağıma əminəm”
  02 Avqust 2013    Oxunub:952
Suriya prezidenti Bəşər Əsəd onu hakimiyyətdən devirməyə çalışan üsyançılara qələbə qazanacağına əmin olduğunu bildirib.
“Əgər biz Suriyada qələbəyə əmin olmasaydıq, iki il müddətində mübarizəyə tab gətirməzdik” – Əsəd orduya mesajında söyləyib. AzVision.az BBC-yə istinadən xəbər verir ki, liderin mesajı strateji Homs şəhərinin ordu tərəfindən yenidən ələ keçirilməsindən sonra gəlib.

“Mən sizə həvalə edilmiş milli missiyanı yetirmək üçün qabiliyyətinizə inanıram” – Əsəd vurğulayıb. Onun sözlərinə görə, ordu terrorizmə qarşı döyüşməklə bütün dünyaya mübariz olduğunu sübut edib.

Qeyd edək ki, Homs şəhəri prezident Bəşər Əsədə qarşı iki illik münaqişədə diqqət mərkəzində olub. BMT-nin məlumatına görə, vətəndaş müharibəsində 100 min insan həlak olub. Bir gün əvvəl Suriya döyüşlərdə kimyəvi silahdan istifadə olunub-olunmamasını araşdırmq üçün BMT təhqiqatçılarını ölkəyə daxil olmağa icazə verib.

AzVision.az



Teqlər:





Xəbər lenti