Uruqvay marixuananı qanuniləşdirir

Uruqvay marixuananı qanuniləşdirir
  02 Avqust 2013    Oxunub:1218
Uruqvayın Nümayəndələr Palatasının üzvləri marixuananı leqallaşdırmaq üçün qanun layihəsi irəli sürüb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, əgər Senat qanunu qəbul etsə, Uruqvay marixuananın istehsalı, paylanması və satışının idarə edilməsində ilk ölkə olacaq.

Ölkə prezidenti Xose Muxika bu addımı dəstəkləyib. Onun sözlərinə görə, bu, narkotik satıcılarının mənfəət qazanmasını aradan qaldıracaq və narkotik istifadəçilərini bu maddədən istifadə etməkdən yayındıracaq.

Qanuna görə, marixuananın satışı yalnız hökumət tərəfindən həyata keçiriləcək. Belə ki, marixuananın idxalı, ixracı, becərilməsi, yığılması, istehsalı və paylaşdırılmasına dövlət nəzarət edəcək.

Qanunda bildirilir ki, narkotik maddəni alanların adları bazada olmalı və 18 yaşdan yuxarı olmalıdır. Qanun xarici vətəndaşlara aid edilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti