Pakistan ABŞ-dan tələb etdi

Pakistan ABŞ-dan tələb etdi
  02 Avqust 2013    Oxunub:1252
Pakistan hakimiyyəti ABŞ administrasiyasından ölkənin şimal-qərb rayonlarında pilotsuz təyyarələrin təlim keçirilməsini dayandırmağı tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerrinin İslamabada səfəri ilə əlaqədar Pakistanın Xarici İşlər Nazirliyindən bildirilib.

“Dövlət katibi Kerrinin Pakistanın baş naziri Navaz Şərif və prezident Asif Zərdari ilə danışıqları zamanı, ölkənin şimal-qərb rayonlarına ABŞ-ın pilotsuz təyyarələrinin basqınlarının yolverilməzliyi barədə Pakistan tərəfinin mövqeyi çatdırılıb” – Nazirliyin bəyanatında deyilir.

Həmçinin vurğulanıb ki, Pakistan-Əfqanıstan sərhədində ekstremist əhval-ruhiyyələrin katalizatoru olan bu cür hərəkət ikitərəfli münasibətlərə xələl gətirə bilər.

AzVision.az



Teqlər:  





Xəbər lenti