Futbolçumuz Ronaldonun keçmiş klubunda

  25 İyul 2016    Oxunub : 3803
Futbolçumuz Ronaldonun keçmiş klubunda
Daha bir gənc futbolçumuz karyerasını Portuqaliya çempionatında davam etdirəcək.
AzVision.az xəbər verir ki, "Kəpəz"in yarımmüdafiəçi Budaq Nəsirov Portuqaliyanın "Sportinq" klubuna transfer olunub. Gənc futbolçumuz Portuqaliyanın "Sportinq" klubu ilə 5 illik müqavilə imzalayıb. Nəsirov yeni klubunda 86 nömrəli formada çıxış edəcək.

Ötən mövsümü 2-ci yerdə başa vuran "Sportinq" bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, dünya ulduzu olan futbolçu C.Ronaldo 1997-ci ildən 2003-cü ilə qədər "Sportinq" klubunda forma geyinib.

Xatırladaq ki, bundan əvvəl futbolçularımız Elnur Cəfərov Portuqaliyanın "Tondela", Emin Mahmudov isə "Boaşvişta" klubuna keçib.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: