`Viktoriya` - `Qarabağ` oyununda hesab açılmadı
Görüşün ilk hissəsində Çexiya təmsilçisi üstün olsa da, hesab açılamyıb. İkinci hissəyə də “Viktoriya” fəal başlayıb.
Görüşün 75-ci dəqiqəsində kobud oyuna görə, “Viktoriya”nın futbolçusu Yan Baranek ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Rəqib komandanın azlıqda qalmasına baxmayaraq “Qarabağ” bundan yararlana bilməyib.
“Viktoriya” - “Qarabağ” oyununda hesab açılmayıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.
AzVision.az
Teqlər: