`Qəbələ`dən qələbəyə bərabər heç-heçə

`Qəbələ`dən qələbəyə bərabər heç-heçə
  29 İyul 2016    Oxunub:2219
“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.
“Qırmızı-qaralar” Fransanın “Lill” klubu ilə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri çətin Fransa sınağından heç-heçə ilə ayrılmağı bacarıblar – 1:1.

Səfərdə oynayan təmsilçimiz mövsümün əvvəlki 4 görüşündə göstərdiyi məhsuldarlığı bu dəfə də davam etdirib.

Bütün matçlarda qol sevinci yaşayan “Qəbələ” bu dəfə hesabı 13-cü dəqiqədə açıb. Nika Kvekveskirinin ötürməsindən sonra Vitali Vernidub meydan sahiblərini məyus edib. Fransalılar yalnız ikinci yarıda hesabı bərabərləşdirib. Fasilədən az sonra Rayan Mendeş fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti