Almaniya millisi Şvaynştaygeri itirdi
AzVision.az-ın məlumatına görə, bu barədə futbolçu "twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Şvaynştayger yazıb: “Almaniya millisinin əziz azarkeşləri. Baş məşqçi Yoahim Lövdən məni daha yığmaya çağırmamasını xahiş etdim. Çünki yığmadakı karyeramı başa vururam. Azarkeşlərə, komandaya, Almaniya Futbol Federasiyasına və məşqçilər korpusuna təşəkkür edirəm".
Qeyd edək ki, 2004-cü ildən Almaniya millisində oynayan Şvaynştayger keçirdiyi 120 oyunda 24 qol vurub.
Kənan Məmmədov
AzVision.az