Geyim almaq üçün bazarlara üz tutanlar əsasən yaşlı nəslin nümayəndələridir. Belə ki, 65 yaş və daha çox yaşı olanlar (89.4) geyim almaq üçün bazarlara gedirlər. Gənc nəslin nümayəndələri isə (18-24yaş) əsasən alış veriş mərkəzlərinə (36.4%) üz tuturlar. Orta nəslin nümayəndələri (35-44yaş) geyim almaq üçün ya butikləri (10.2%), ya da xarici ölkələri ( 8.5%) seçirlər.
Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər ayaqqabı almaq üçün bazarlara üz tutur (65.3%). Alış veriş mərkəzlərini seçənlər 32.7% təşkil edir. Bahalı butiklərdən ayaqqabı alanlar 13.6 %dir. Alış veriş mərkəzlərindən kənarda yerləşən brend mağazaları isə respondentlərin 11.4%-i seçir. Ayaqqabılarını onlayn şəkildə alanlar respondentlərin 5.8%-ni təşkil edir.
Bazarlardan ayaqqabı alanlar yaşlı nəslin nümayəndələridir. 65 və daha artıq yaşı olan respondentlər ayaqqabı almaq üçün bazarlara daha cox gedirlər (89.4%). Gənclər isə (18-24 yaş) alış veriş mərkəzlərini (31%) və mollardan kənarda yerləşən brend mağazaları (7.5%) daha münasib bilirlər. İnternetlə ayaqqabı alanlar isə əsasən 18-34 yaş aralığında olan respondentlərdir. Butiklərdən (12.4%) və xarici ölkələrdən (8.5%) ayaqqabı alanlar isə 35-44 yaş aralığında olan sakinlərdir.
Sorğu 17-21 iyul tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

AzVision.az