Duqlas və Ketrin Zeta-Cons boşanır

Duqlas və  Ketrin Zeta-Cons boşanır
  03 Avqust 2013    Oxunub:2069
Hollivudun örnək cütlüklərindən məşhur aktyor Maykl Duqlas və Ketrin Zeta-Cons boşanır.
Star jurnalının gündəmə gətirdiyi iddiaya görə, 2000-ci ildə ailə quran ulduz cütlük boşanır. Cütlüyün boşanma səbəbi uzun müddətdir Duqlasın səhhətində yaranan problemlərdir. Belə ki, bir müddət öncə qırtlaq xərçənginə yoluxan və müalicə alan aktyor uzun sürən müalicə prossesindən sonra sağalıb, Duqlas ailəsi əvvəlki xoşbəxtliyinə qovuşmuşdu.

Ancaq bu dəfə Consun səhhətində ciddi problemlər yaşanıb, ötən ay aktrisa reabilitasiya mərkəzində əsaslı müalicə alıb.

İddialara görə, cütlüyün münasibətləri məhz buna görə pozulub. Zeta-Cons evliliyini xilas etməyə çalışsa da Duqlas boşanmaqda israrlıdır.

Xatırladaq ki, 68 yaşlı Duqlasla 43 yaşlı Consun bir qızı, bir oğlu var.



Teqlər:  





Xəbər lenti