Azərbaycanda 49 abituriyent 700 bal toplayıb - 6 illik göstərici

Azərbaycanda 49 abituriyent 700 bal toplayıb - 6 illik göstərici
  02 Avqust 2016    Oxunub:7962
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında ən çox abituriyent 2015-ci ildə 700 bal toplayıb.

Belə ki, 2015-ci ildə 15 abituriyent bütün suallara düzgün cavab verməklə 700 bal toplayıb.

AzVision.az rekorda imza atan abituriyentlərin 6 il üzrə statistikasını təqdim edir.

2011-ci ildə cəmi 4 abituriyent 700 bal toplaya bilib. Onlar I ixtisas qrupu üzrə imtahanda bu nəticəni əldə ediblər. 2011-ci ildə digər ixtisas qrupları üzrə rekord nəticə göstərən olmayıb.

2012-ci ildə rekord nəticə göstərənlərin sayı 5 nəfər olub. II ixtisas qrupunda 2 nəfər, III ixtisas qrupunda 1 nəfər, IV ixtisas qrupunda isə 2 nəfər maksimum bal toplayıb. I ixtisas qrupunda 700 bal toplayan olmayıb.

2013-cü ildə isə 6 nəfər 700 bal toplayıb. Belə ki, 4 abituriyent III ixtisas qrupu, 2 abituriyent isə IV ixtisas qrupu üzrə rekord nəticə əldə edib. Həmin il I və II ixtisas qrupları üzrə 700 bal toplayan olmayıb.

2014-cü ildə 9 abituriyent nəfər 700 bal toplaya bilib. I ixtisas qrup üzrə 5 nəfər, II ixtisas qrupu üzrə 2 nəfər, IV ixtisas qrupu üzrə isə 2 nəfər maksimum nəticə göstərib. 2014-cü ildə III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent olmayıb.

2015-cü ildə I ixtisas qrup üzrə 7 nəfər, II ixtisas qrupu üzrə 3 nəfər, III ixtisas qrupu üzrə 3 nəfər, IV ixtisas qrupu üzrə isə 2 nəfər maksimum nəticə göstərib.

2016-cı ildə isə rekord nəticə göstərən məzunları sayı 10 nəfər olub. I ixtisas qrupu üzrə 3 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə I abituriyent, IV ixtisas qrupu üzrə 3 nəfər onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Ümumilikdə isə 6 il ərzində 49 abituriyent 700 bal toplayaraq rekorda imza atıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti