Çexiya çempionu `Qarabağ`dan üzr istədi

Çexiya çempionu `Qarabağ`dan üzr istədi
  02 Avqust 2016    Oxunub:2425
Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" "Viktoriya"nı qəbul edəcək.
Oyunöncəsi mətbuat konfransında Plzen klubunun mətbuat xidmətinin rəhbəri Vaclav Hanzlik oyundan öncə klubun saytında "Qarabağ"ın ermənilərin yaratdığı qondarma respublikanın təmsilçisi kimi göstərməsinə münasibət bildirib.

O, bunun yalnışlıqla baş verdiyini bildirərək, üzr istəyib: "Biz "Qarabağ"la oynayacağımızı öyrəndikdən sonra "vikipediya"da bu komanda və Qarabağ barədə məlumatlar əldə etdik. Ancaq bu zaman belə bir səhv etdik. Səhvi anlayan kimi dərhal dəyişiklik etdik və buna görə üzr istədik. Bu hala görə bir daha üzr istəyirik". (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti