Roma Papası müsəlmanları təbrik etdi

Roma Papası müsəlmanları təbrik etdi
  03 Avqust 2013    Oxunub:1178
Katoliklərin dini lideri Papa Françesko Ramazan ayının bitməsi ilə əlaqdar ilk dəfə müsəlmanlara müraciət edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vatikanın 40 ildir hazırladığı müraciəti bu il Papa özü hazırlayıb. Bundan əvvəlki açıqlamalarında da müsəlmanlarla dialoqu tez-tez vurğulayan Papa müraciətində deyib: “Oruc, ibadət və sədəqə verməyə həsr olunan Ramazan ayının bitməsi, Ramazan bayramının gəlişi münasibətilə sizi salamlamaqdan məmnunam. Bu il Papa seçilməyimin ilk ilində bu, ənənəvi müraciəti şəxsən imzalamaq və göndərmək istəyirəm. Əziz dostlarım, başda dini liderlər olmaqla bütün müsəlmanlara hörmətimi və dostluğumu ifadə edirəm”.

Papa Françesko vurğulayıb ki, müsəlmanlar və xristianlar bir-birilərinin inancına, simvollarına, dəyərlərinə hörmət etməlidir. Bildirib ki, hər kəsin etnik, dini, siyasi kimliyinə, hisslərinə, haqqlarına, mülkiyyətinə hörmət etmək vacibdir. Bunlardan birinə təcavüz edilməsi inciklik yaradır.

Qeyd edək ki, Papa Françesko bu ilin mart ayında 1 milyard 200 milyon katolikin dini lideri seçilib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti