Rus kriminalının qanlı erməni izləri – DOSYE

Rus kriminalının qanlı erməni izləri – DOSYE
  02 Avqust 2016    Oxunub:14655
Bəhram Çələbi
AzVision.az üçün

...On iki il cavanlıq ömrünü Rusiyanın müxtəlif qazamat və zonlarında çürüdən “Çapıq Həsənağa” artıq on səkkiz ildir Moskvada yaşayır. Həsənağa geyimi, ələlxüsus da sümükdən olan eynəyinə görə kommersantdan çox, universitet müəlliminə bənzəyir. Hər sözünü seçirmiş kimi çox arxayıncasına və xüsusi intonasiya ilə danışan bu şəxs qırx yeddi yaşında olsa da, dümağ saçları və sağ qulağının yanından alt dodağınadək uzanan çapıq onu xeyli qoca göstərir.

Üzündə və alnındakı dərin qırışlar Həsənağanın çətin və kəşməkəşli həyat məktəbi keçdiyinə dəlalət edir. O, qarşısındakı armudu stəkana nəzərlərini zilləyərək, həyəcandan titrəyən səslə danışır:

- Rusiyada sifarişli qətllər barədə xəbərlərlə heç kimi təəссübləndirmək mümkün deyil. Sizə söhbət açaсağım əhvalat Azərbayсandan köçmüş ermənilərlə bağlıdır. Moskvanın Leninqrad prospektində şam ağaсları arasında tikilən «Pomidor» restoranı tünd-yaşıl rənglə rəngləndiyindən yoldan ötənlərin nəzər-diqqətini çox da cəlb etmirdi. Onu Qorbaçın taxtda oturduğu səksəninci illərin axırlarına yaxın erməni avtoritetlərin sərmayəsi ilə açmışdılar. “Pomidor”a adi adamların buraxılmaması da sözlərimin gerçəkliyinə sübutdur. Ora Moskvada çoxdan kök salmış və müxtəlif reket dəstələrində çalışan ermənilər toplaşırdı. Axşamlar restoranın arxasında salınan dayanacaqda onlarla xarici markalı avtomobillər park olunurdu.

1994 və ya 1995-ci ildə əslən inquş olan, Rusiya kriminal aləmində yetərincə nüfuzlu şəxs sayılan Valeri Məhəmmədov “Pomidor”a strelkaya dəvət olunaraq orada qətlə yetiriləndən sonra restoran təhlükəli yer imici qazandı. Onu restoranın kandarında güllələmişdilər. Milislər hadisə yerində qundağı sındırılmış avtomat, on səkkiz giliz, Məhəmmədovun cibindən isə otuz min dollar pul və maşınında hər cür axtarışa qadağa qoyan vəsiqə tapmışdılar. Qətllə bağlı heç bir sübut-dəlil tapılmadı, çünki təhqiqat ciddi araşdırmadı. Hadisə zamanı restoranda olanların hamısı «görmədim», «eşitmədim», «bilmirəm»lə canlarını qurtardılar. Yeganə bəlli olan bu idi ki, Məhəmmədov da «Pomidor»un payşiklərindən biri olmaq və burada kazino açmaq niyyətini bildirmişdi.

Məhəmmədovun adamlarının özləri qatilin axtarışına başlamış və şübhəli sandıqları bir neçə adamı o dünyaya göndərmişdilər. Bir ildən sonra «Pomidor»da yeni bir qətl törədildi. Er-məni avtoritetlər arasında nüfuz sahibi olan Edik Avakyan restoranda qardaşının ad gününü qeyd edərkən arxa qapıdan içəri girən OMON-çu geyimində, üzü maskalı killer qardaşların oturduğu stolu avtomat silahdan oçeredə tutduqdan sonra sakitсə zaldan çıxaraq onu gözləyən nömrəsiz «Mitsubişi»yə oturmuşdu. Edik hadisə yerində keçinmiş, qardaşı isə çiynindən yaralanmışdı. Avakyanın qohumları münaqişə və qətlin köklərini araşdırmadan şübhələndikləri «İzmaylov» qruplaşmasından olan azərbayсanlı və inquş oğlanları öldürüblər. Tezliklə müəyyənləşib ki, qətlə yetirilənlərin heç birinin Avakyanın ölümündə günahları olmayıb.

Bir müddət sonra «vor zakon» Rudik və Vaçikosun dəstəsi Avakyanı güllələyən killerin izinə düşüblər. Moskva kriminal qruplaşmalarının hamısında öz adamlarını yerləşdirən Rudikə xəbər veriblər ki, Ediki sifariş verən «Moneta» klikuxalı Oleq İvanovdur. Qətl gecəsi «Mitsubişi»nin sükanı arxasında oturan oğlan və killer Serj Filippovu Rudikin adamları iki gün sonra mənzillərində yaxalayaraq sxodkaya gətiriblər. Dözülməz işgəncələrə baxmayaraq, Serj Monetanın qətldə sifarişçi olmadığını deyib. Az sonra işgəncə otağına gətirilən Moneta iki il bir kamerada oturduğu Serji tanımayıb. Anadan doğulduğu qiyafədə plastik kresloya oturdulan Filippovun bədəni odda qızardılmış tabaka rəngində idi. Kreslonun altında közərən elektrik plitəsinin üzərinə damcılanan yağ bir anlıq alışaraq tez də sönürdü. Kreslo əriyərək qatilin bədəninə yapışmışdı. Filippov hələ ölməmişdi, amma onun heç inildəməyə də taqəti qalmamışdı. Az qala pırtlayıb çıxacaq nifrət dolu qan sağımış bəbəkləri hərəkətsiz idi.

Moneta qətldə heç bir günahı olmadığını bildirib. And-aman eləyən İvanov əlini sinəsindəki səkkizguşəli ulduzun üstünə qoyaraq Avakyanın qətli və «İzmaylov» qruplaşmasıyla heç bir əlaqəsi olmadığını, sifarişçinin kimliyini də bilmədiyini deyib. Onun sözlərinə görə, Filippov kiçmandan çıxandan sonra Moneta ona xlebniki kimi anсaq iş tapmaqda köməklik edib. Üç gün сan verən Serjin yanında saxlanıldıqdan sonra buraxılan kimi Moskvanı tərk edəcəyinə söz verən İvanov yarımcan halda oradan çıxıb. Gördüklərindən az qala, ağlını itirmək dərəcəsinə çatan Moneta həmin gecə olan-qalanını yığışdıraraq doğma Voronejə yollanıb.

Daha iki qətldən sonra «Pomidor»un yerində ticarət mərkəzi tikildi. Ancaq yenə də vaxtaşırı burada maraqlar bir-biriylə toqquşur, qanlı olaylar davam edirdi. Ermənilər bu sferaya heç kimi yaxın buraxmırlar.

Haşiyə:

Hikmətin dostu, həm də biznesdə sağ əli sayılan Ağbaş Çingizin də qətli, təxminən, eyni ssenari üzrə ifa olunub.
Cinayət aləmində böyük nüfuz qazanmış avtoritet Axundov Çingiz 1954-cü ildə Lənkəranda anadan olub. 1978-ci ildə böyük məbləğdə mənimsəmə, oğurluq maddələrilə mühakimə olunaraq 14 il həbs cəzası verilib və «Butırka» qazamatına göndərilib.
1999-cu ildə yenidən «Zoloto inkov» restoranından çıxarkən saxlanılıb. SRUBOP-un bəhanəsi: guya Ağbaşın ciblərindən 52 qram heroin və 8 qram SDE aşkarlanaraq götürülüb.
Həmin gün RTR və NTV-nin «Novosti» verilişlərində Çingizin guya rus mafiyasının başçılarının sifarişilə aradan götürülməsi barədə informasiya yayıldı: «Moskvanın şimal-şərqində saat 12:30 radələrində Alabyan küçəsindəki 3 saylı korpus, 10 №li binanın qarşısında «Aqran-2000» tipli tapançadan 5 güllə ilə vurulan Axundov (Ağbaş) Çingiz «Cip» avtomobilinə əyləşmək istərkən qətlə yetirilib. Qatillər iki nəfər olublar və səsboğucudan atılan güllələrin beşi də mərhumun başına vurulub. Professional killerlər «Vaz-09» maşınına oturaraq aradan çıxıblar.
«Praym–Kraym» informasiya agentliyinin yayımladığı xəbərə görə, Çingizin qatilləri FSB-nin əməkdaşları olub.
Çingizin dostları isə tamam başqa versiyalar irəli sürürdülər. Tixonya Qədir, Miqo Eldar və Zakir Yardımlınskinin dediklərindən belə çıxır ki, Lənkəranskini Rusiyanın narkobaronları aradan götürüblər. Tixonyanın dediyinə görə, ruslar Çingizə onları iranlı narkobaronlarla strelka təşkil etməyi tapşırıblar və razılığa gələ bilməyiblər.

Daha bir haşiyə:

2010-cu ilin avqustunda Hikmətin varisi sayılan Qorbatıy Ramiz də Moskvada qətlə yetirildi. Mətbuatın yayımladığına görə, avtoritet evindən çıxarkən naməlum şəxslər tərəfindən güllələnib. Qatillər ona 5 güllə yarası vurublar.
Bir müddət əvvəl də Ramizə sui-qəsd edilmişdi. Yaponçikin dəfn mərasimi günü gülləbarana tutulan Qorbatıy yaralanmış, cangüdənləri vasitəsilə tələsik xəstəxanaya çatdırılmışdı. Ramizin yaralı halda 3 saylı klinikada yatdığını eşidən Ded Xasan Qorbatının oradan çıxarılaraq Moskvanın ən tanınan həkimlərinin çalışdığı özəl lazaretə gətirilməsinə qərar verib: «Qorbatıy, nəyin bahasına da olsa, sağalmalıdır», – deyib.
Birinci halda çox məxfi şəkildə müalicə alan Ramizə ikinci sui-qəsddən salamat qurtarmaq müyəssər olmayıb.

Çopur Azərin söylədiklərindən:

- 2002-ci ilin noyabr ayının əvvəllərində Rusiyanın Dövlət Duması «Xariсi vətəndaşların RF-də vəziyyəti haqqında» qanunu təsdiq etdikdən sonra Moskvada qeydiyyatsız yaşayan taciklərin və ardınca azərbaycanlıların oblavası başlandı. Həmin ayın sonlarına yaxın «İzvestiya» qəzetində azərbaycanlılar haqqında yazılanları oxumaq kifayətdir ki, Moskva QUVD-sinə verilən səlahiyyətlərdən hali olasan. Yazının müəllifi Natalya Qranina məqaləsindəki fakturanı hakimiyyət orqanında çalışan yüksək vəzifəli mənbədən aldığını bildirirdi. Onun yazdığına görə, RF-də, təxminən, iki milyon azərbaycanlı məskunlaşıb ki, onların da iyirmi faizi qeydiyyatda olmayanlardır. Qraninanın fikrincə, həmin dörd yüz min azərbaycanlı dərhal ölkədən deportasiya olunmalı idi. Azərbayсanlıların Rusiyadan deportasiyasına girişən təbliğatçıların ən başlıсası isə «Svobodnıy Arsax» təşkilatı və onun mətbuat orqanıdır. Məndə böyük əminlik var ki, Böyük Qardaşın qətlini məhz bu təşkilat, onun tapşırıqlarını yerinə yetirən erməni jandarm vzvodu təşkil edib.

– Mən siyasətdən uzaq adamam, amma dünyada nələrin baş verdiyini anlamaq üçün hərdən qəzetləri vərəqləyirəm, – davam edir Çopur, – Məsələn, həmin qanun çıxandan sonra Hikmət Qardaşın ofisində qəzet və jurnalları vərəqləyərkən oxudum ki, RF-də MDB vətəndaşlarıyla bağ-lı hüquqi məsələlər nəzarətdən çıxıb və Daxili İşlər Orqanları əməkdaşları besperedelliklə məşğuldurlar. Və bu işdə onlara Moskva OMON-unda fəaliyyət göstərən erməni vzvodu canfəşanlıqla köməklik göstərir. Paytaxtın 1888 saylı erməni məktəbində bu yaxınlarda keçirilən iclasda Ara Abramyan çıxış edib və həmin vzvodun rəhbərliyinə Rusiyada yaşayan azərbaycanlı iş adamlarına, tanınmış şəxsiyyətlərə «dərs vermək» zamanının çatdığını bildirib.

Bir neçə gün sonra nəşr olunan «Obşaya qazeta»da isə başqa faktlar açıqlandı. Sən demə, həmin ilin son bir neçə ayı ərzində təkсə Moskvada qırx yeddi azərbayсanlı avtoritetli iş adamına qarşı terror törədilib ki, onların da qırx biri ölümlə nətiсələnib. Qaldırılan сinayət işlərinin biri də açılmayıb. 2006-cı ilin statistikasına əsasən, Moskva və Peterburq morqlarına qırx, yaxud altmış azərbaycanlı meyiti daxil olub.

Moskva OMON-unda erməni vzvodu

Sabirabadlı Hikmətin qırxı günü məclisində Moskvadan Böyük Qardaşın məzarını ziyarətə gəlmiş Zaurun danışdıqlarından:

– Qastarbayterlərin əksəriyyəti Rusiya Federasiyasına üz tutduqlarından periodik olaraq şimal qonşularımızdan guya kriminal razborkalarda qətlə yetirilmiş olanların tabutları gətirilir. Əslində, öldürülən azərbaycanlıların bir çoxu milis nəfərlərinin gözləri qarşısında besperedellik edən skinhedlər, yəni narkotik və spirtli içkilərdən havalanan, kimlərinsə göstərişi, yaxud qısqırdmaşı ilə bazarlarda, küçə ticarətində gündəliyini qazanan qafqazlılara hücum yapanlardır. Forma geymiş qanun keşikçiləri isə sakitcə Rusiyanın «qaralardan» təmizlənməsi prosesinə tamaşa edirlər. Rusiyada MDB ölkələrindən olan vətəndaşlara aid hüquqi qanunların heç biri işləmir. Təkcə bu ilin dörd ayında ancaq Moskvada onlarla azərbaycanlıya qarşı xuliqanlıq hərəkətlərinə görə cinayət işləri qaldırılsa da, bircəciyi də yekunlaşmayıb.

200... -ci ilin yanvarın ilk günlərində Moskvada fəaliyyət göstərən «Elsevər» ticarət mərkəzində V. Pənahov, X. İxtiyarov və Q. Əliyev naməlum şəxslərin hücumuna məruz qalıblar. Qanun keşikçilərinin gözü qarşısında baş verən həmin qanlı olaydan sonra güllə yaraları alan azərbaycanlıları xəstəxanaya çatdırsalar da, Pənahovun həyatını xilas etmək mümkünsüz olub. Əliyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və onun vəziyyəti kritik kimi dəyərləndirilirdi. Moskva qəzetlərinin yazdığına görə, iki avtomobildə «Elsevər»in qarşısına gələn 7-8 nəfər idmançı bədənli, boynu qırxıq reketçi avtomat və tapançalardan atəş açdıqdan sonra ətrafdakılara məhəl qoymadan sakitcə aradan çıxıblar.

Baş verən qanlı hadisədən bir həftə sonra da iki soydaşımızın meyiti xəstəxana morquna aparılıb. Deyilənə görə, həmvətənlərimiz Qərib və Qurban adlı iş adamları günün günorta vaxtı gülləbarana tutulublar. Qəribin idarə etdiyi «Niva» markalı avtomobil «Tayota»da gələn reketçilər tərəfindən avtomat silahlardan aramsız atəşə tutulub. Yerli sakinlərdən bir neçəsi qatillərin gəldiyi inomarkanın nömrəsini milis nəfərlərinə söyləsələr də, sonradan şahidlər haqqında məlumat və maşın barədə faktlar yoxa çıxıb.

Milisin araşdırma aparmayacağı əvvəldən məlum idi. İstintaq aparan prokurorluğun müstəntiqi «Jiqu-li»də 68 güllə izi aşkarlayıb. Onu da danışırdılar ki, bu qətl özünü «Brando» adlandıran samozvanesin dəstəsi tərəfindən törədilib. Bu dəstə «Brando» ilə hesablaşmaq istəməyən bir neçə biznesmeni amansızlıqla aradan götürməklə məşhurlaşmışdı.

Azərbaycanlılar hadisə yerindəcə keçinmişdilər. Əksəriyyəti erməni boyetslərindən təşkil olunan «Brando» üzvləri isə yaratdıqları böyük hay-küyə baxmayaraq, milis işçilərinin, ətrafdakı çoxsaylı adamla-rın yanından tələsmədən, saymazyana, heç bir şey olma-yıbmış kimi ötüblər və maşına əyləşərək aradan çıxıblar. Deyilənlərə görə, «Brando»nun çoxsaylı vəkilləri həmin rayonun milis idarəsini ələ almaq üçün üç yüz min dol-lardan keçməli olub. Bu dəstə qanun keşikçilərini əhə-miyyətli güzəştə getməyə məcbur etmək üçün ehtiyatda həmişə xeyli üsul və pul saxlayırdı. İyirmi birinci əsrin Moskvasını yüz il bundan əvvəlki Amerika ilə müqayisə edənlər yanılmırlar. Moskvada onu da danışırlar ki, «Brando» qruplaşmasının öz qüdrətli gününün zirvəsinə çatacağı saat hələ qabaqdadır.
«Sport» mehmanxanasının qarşısında üç azərbay-canlı iş adamının odlu silahdan atəşə tutulması da Mosk-va milisinin «qaraların» «cəzalandırılmasına» barmaqarası baxmasına bariz misaldır. Mehmanxananın qarşısı qətl zamanı qələbəlik olsa da, qatillər haqqında məlumat ve-rənlər tapılmadı. Namaz adlı cavan oğlan aldığı çoxsaylı güllə yaralarından hadisə yerindəcə dünyasını dəyişib. Digər iki azərbaycanlı ağır vəziyyətdə yaxınlıqdakı klini-kaya çatdırılsa da, ağxalatlıların işə «xalatnı» (etinasız) yanaşması sayəsində iki sutka sonra vəfat edib. Qatillərin oturub aradan çıxdıqları maşının dövlət nömrə nişanı haqqında bilgi verən olmayıb...

(Ardı var)


Teqlər:  





Xəbər lenti