Şist qazı dünya reallığını dəyişə bilər

Şist qazı dünya reallığını dəyişə bilər
  03 Avqust 2013    Oxunub:1192
Çində və Avropada şist qazı yataqlarının istifadəsi beynəlxalq ticarətdə dəyişiklik yarada bilər.
Bu barədə “Financial Times” ABŞ-ın yeni energetika naziri Ernest Monisə istinad edərək bildirib. “Əgər bütün dünyadakı - Çindəki 1200 trilyon kub fut, Avropa və Şərqi Avropadakı yüz trilyonlarla kub fut şist ehtiyatı işlədilsə, onda bu, ticarət axınına güclü təsir göstərəcək” – nazir vurğulayıb.

Beynəlxalq energetika agentliyinin proqnozlarına görə, ABŞ şist ehtiyatları ilə Səudiyyə Ərəbistanını və Rusiyanı ötəcək və 2020-ci ildə dünyada neftin ən böyük istehsalçısına çevriləcək.

Qeyd edək ki, Monis bu açıqlamanı Səudiyyə Ərəbistanından olan investorun şist ehtiyatlarına görə ABŞ-ın onun ölkəsini hədələməsindən bir neçə gün sonra edib. “Bizim ölkəmiz bütövlükdə neftdən asılı olduğuna görə həmişə təhdid edilir” - şahzadə Əl-Valid bin Təlal bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti