"İşğal altında 2-Ağdam" oyunu

"İşğal altında 2-Ağdam" oyunu
  31 Yanvar 2013    Oxunub:3927
Azərbaycanın işğal altında olan rayonu ilə bağlı kompüter oyunu hazırlanır
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən "Müasir gənclik və İKT sahəsində innovasiyalar" adlı dəyirmi masa keçirilib.Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda "İnformasiya-kommunikasiya ili" çərçivəsində həyata keçirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının ayrı-ayrı bəndlərində də yeni texnologiyaların tətbiqi nəzərdə tutulub. O qeyd edib ki, proqramda Milli Kompüter oyunlarının hazırlanması öz əksini tapıb:

“Ötən il "İşğal altında - Şuşa" adlı kompüter oyunu yaradılıb. Bu il isə "İşğal altında 2-Ağdam" kompüter oyunu hazırlanır. Bu il yay aylarında isə beynəlxalq şirkətlə birlikdə ingilis, rus və Azərbaycan dillərində "Odlar yurdu" adlı ikinci kompüter oyunu təqdim olunacaq", - Babayev deyib.


Teqlər:





Xəbər lenti