Rusiya yığması Paralimpiya oyunlarına buraxılmadı

Rusiya yığması Paralimpiya oyunlarına buraxılmadı
  08 Avqust 2016    Oxunub:2073
Rusiya yığması “Rio-2016” Yay Paralimpiya Oyunlarında iştirak etməyəcək.
Bununla bağlı qərarı Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) prezidenti Filipp Kreyven açıqlayıb. Qurum rəsmisi Rusiya Paralimpiya Komitəsi üzvlüyünü müvəqqəti dayandırdıqlarını və beləliklə, Rusiya yığmasını Paralimpiya Oyunlarına buraxmadıqlarını elan edib.

Kreyven bildirib ki, bu, ağır qərar olsa da, Rusiyada antidopinq sisteminin özünü doğrultmaması ilə əlaqədardır: “Qərarı yekdilliklə qəbul etdik. Çünki Rusiya Paralimpiya Komitəsi hazırda idmançılarını antidopinq kodeksinə tam uyğunlaşdıra bilməyib”.

Qərarın ardından Rusiyanın idman naziri Vitaliy Mutko məsələyə aydınlıq gətirib. Sənədi qınayan V.Mutko Beynəlxalq Paralimpiya Komitəsinin qərarından İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti veriləcəyini deyib. Qərarı qüvvədən salmaq üçün isə Rusiyanın üç həftə vaxtı var.

Qeyd edək ki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti