Daha 3 idmançımız mübarizəyə qoşulur

Daha 3 idmançımız mübarizəyə qoşulur
  08 Avqust 2016    Oxunub:1881
Rio Olimpiadasının IV günü Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.
AzVision.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov və qılıncoynatmanın sablya növü üzrə ölkəmizi təmsil edəcək Səbinə Mikina yarışa 1/16 final mərhələsindən start verəcəklər.

91 kq çəki dərəcəsində çıxış edəcək boksçumuz Abdulqadir Abdullayev isə ilk görüşünü keçirəcək. O, yarışa 1/8 final mərhələsindən start verəcək.

Qılıncoynatma

1/16 final
Səbinə Mikina (sablya) – saat 17:20

Cüdo

1/16 final
Rüstəm Orucov (73 kq) – saat 17:30

Boks

1/8 final
Abdulqadir Abdullayev (91 kq) – saat 20:45

AzVision.az


Teqlər:





Xəbər lenti