Sabah da yağış

Sabah da yağış
  25 Fevral 2013    Oxunub:1571
Fevralın 26-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Yaxın 2 gün ərzində ölkə ərazisində əsasən gecə və səhər saatlarında yağışlı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata əsasən, fevralın 26-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək. Temperatur gecə 3-5, gündüz 6-10 dərəcə isti olacaq. Fevralın 27-də havanın tutqun olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Fevralın 27-də hava gecə 3-5 dərəcə, gündüz 7-10 isti olacaq.

Respublikanın rayonlarda yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Fevralın 27-də bölgələrdə əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı duman, şərq rayonlarında çiskin olacaq. Aran rayonlarında gecə 6-8, gündüz, 9-14 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 3-8 dərəcə isti gözlənilir.

Fevralın 26-27 Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:





Xəbər lenti