Azərbaycan “Rio-2016”-da ilk medalını qazandı - Yenilənib
AzVision.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov mübarizəyə qoşulub. İlk mərhələdə cüdoçumuz Qazaxıstandan olan Didar Hamza ilə qarşılaşıb. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
O, 1/8 finalda avstriyalı Jak Benstedlə mübarizə aparacaq.
***
Rüstəm Orucov 1/4 finala yüksəlib. Cüdoçumuzun 1/4 finaldakı rəqibi Macarıstan təmsilçisi Miklos Unqvarı olacaq.
***
Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib. Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) - Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.
***
Rüstəm Orucov israilli rəqibi Saqi Mukini məğlub edərək Olimpiya Oyunlarının finalına yüksəlib. Finalda cüdoçumuzun rəqibi yaponiyalı Şohei Ono olacaq. R.Orucov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.
AzVision.az