Rio-2016: 3 boksuçumuz rinqə çıxacaq

Rio-2016: 3 boksuçumuz rinqə çıxacaq
  09 Avqust 2016    Oxunub:1818
Rio-2016 Yay Olimpiya Oyunlarının V günündə Azərbaycan yığması 3 idman növü üzrə 6 idmançı ilə mübarizəyə qoşulacaq.
Avqustun 9-da 3 boksçumuz yarışa start verəcək. onlardan 3 boksçu mübarizəyə yeni qoşulacaq. Günə ilk olaraq Olqa Senyuk başlayacaq. O, qadınlar arasında fərdi olaraq kamandan oxatma yarışında mübarizə aparacaq.1/32 finalda onun rəqibi çinli Cao Hui olacaq. Yarış Bakı vaxtı ilə 23:57-də keçiriləcək.

Daha sonra kişilər arasında avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yotov tandemi yarımfinal mübarizəsinə qoşulacaq. Yarımfinal Saat: 17:30-da başlayacaq.

Günə boksçularımız yekun vuracaq. İlk olaraq rinqə 1/16 final mərhələsində 75 kq. çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Boksçumuz çinli Minggang Zhaoya qalib gəlməyə çalışacaq. Döyüş 19:15-də keçiriləcək.

Rinqə ikinci gecə saat 00:45-də Albert Səlimov çıxacaq. O, 60 kq. çəkidə 1/16 finalda mavrikiyalı Merven Clairdən üstün olmağa çalışacaq.

Günün sonuncu döyüşünə isə +91 kq-da (+91 kg) Məhəmmədrəsul Məcidov çıxacaq. Gecə saat 02:00-da başlanacaq döyüşdə boksçumuz mərakeşli Məhəmməd Arjaoui ilə üz-üzə gələcək. Döyüş 1/16 final mərhələsində baş tutacaq.


Teqlər:





Xəbər lenti