40-dan çox səfirliyin bank hesabı donduruldu

40-dan çox səfirliyin bank hesabı donduruldu
  05 Avqust 2013    Oxunub:1223
Diplomatik nümayəndəliklərə 60 gün möhlət verilib.
Böyük Britaniyanın ən nəhəng bankı hesab edilən HSBC Holdings Plc Londonda 40-dan çox səffirlik, konsulluq və diplomatik nümayəndəliklərin bank hesablarını dondurub.

Diplomatik missiyalara öz aktivlərini köçürmək üçün 60 gün vaxt verilib.

Bank rəhbərliyindən bildirilib ki, bu addım biznes-risklərin azaldılması proqramının bir hissəddir. HSBC qeyd edir ki, qaydalar bankın digər müştəriləri kimi eyni ilə səfirliklərə də şamil olunub.

Britaniya mətbuatının məlumatına görə, bu qərar səfirliklərdə əməlli başlı təşvişə səbəb olub.

Qeyd edək ki, HSBC Vatikanın da hesablarını dondurub.
S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti