Bu gün 6 idmançımız yarışacaq

Bu gün 6 idmançımız yarışacaq
  10 Avqust 2016    Oxunub:1944
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı yarışacaq.
AzVision.az -ın məlumatına görə, ilk olaraq Bakı vaxtı ilə saat 17:56-da cüdoçu Məmmədəli Mehdiyev rusiyalı Kirill Denisovla 1/16 final görüşündə üz-üzə gələcək.

Saat 20:02-də qadınların 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük mübarizəsində Fatimə Alkərəmova mübarizəyə qoşulacaq.

6 seçmə qrupdan birincisində yer alacaq Alkərəmova 7 idmançı - Aminat Şajan (Maldiv adaları), Nikol Marijay (Albaniya), Ana Sofia Nobreqa (Anqola), Yovana Terziç (Monteneqro), İnes Remersaro (Uruqvay), Yusra Mardini (Qaçqınlar yığması) və Estella Fils Rabetsara (Madaqaskar) ilə yarışacaq.

Saat 20:25-də kişilərin 200 metr məsafəyə arxası üstə üzgüçülük yarışına Boris Kirillov qatılacaq. Onun rəqibləri Robert Qlinta (Rumıniya) və Reksford Tullius (Vircin adaları) olacaq.

Saat 20:30-da kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə yarımfinal keçidində çıxış edəcək. Onun rəqibləri Covani De Cennaro (İtaliya), Jozef Klark (Böyük Britaniya), Hans Ayqner (Almaniya), Yakub Qriqar (Slovakiya), Pedro da Silva (Braziliya), Pavel Eygel (Rusiya), İrji Prskavek (Çexiya), Mayk Douson (Yeni Zelandiya), Sebastyan Kombo (Fransa), Mixal Smolen (ABŞ), Peter Kauzer (Sloveniya), İsak Orstrom (İsveç), Kazuki Yazava (Yaponiya) və Mario Laytner (Avstriya) olacaq.


Saat 20:45-də boksçu Abdulqadir Abdullayev özbəkistanlı Rustam Tulaqanovla 1/4 final görüşündə üz-üzə gələcək. Boksçumuz qalib gələrsə ən azı bürünc medalı təmin edəcək.

Ən son olaraq saat 23:00-dan etibarən idman gimnastı Oleq Stepko fərdi çoxnövçülük üzrə final mərhələsində mübarizə aparacaq. O, müxtəlif hərəkətlərin yekununda 24 finalçı ilə mübarizə aparacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti