Rio-2016-da 56 idmançımızdan 20-si çıxışını başa vurub

  12 Avqust 2016    Oxunub : 1210
Rio-2016-da 56 idmançımızdan 20-si çıxışını başa vurub
Azərbaycanı Rio-2016-da təmsil edən 56 idmançıdan 20-si çıxışlarını başa vurub.
AzVision.az-ın məlumatına görə, çıxışını başa vuran idmançılarda cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımov gümüş medal qazanıblar.

Ötən gün boksçularımız Cavid Çələbiyev və Pərviz Bağırov, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti çıxışlarını yekunlaşdırıb. Bununla da olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 18-ə çatıb. Onlardan yalnız güllə atıcısı Ruslan Lunyovun bir şansı qalıb. Belə ki, Lunyov 25 metr məsafəyə sürətli atəş yarışında çıxış edəcək.

Rio-2016-da çıxışlarını başa vuran idmançılar aşağıdakılardır:

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş
Rüstəm Orucov (73 kq) - gümüş
Orxan Səfərov (60 kq) - 5-ci yer
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer
Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer
Pavlo Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Boks

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub
Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub
Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub
Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer
Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: