Deputat Albert Səlimovdan yazdı: `Çox zəif oyun göstərdi`

Deputat Albert Səlimovdan yazdı: `Çox zəif oyun göstərdi`
  13 Avqust 2016    Oxunub:3192
“Gecə Rio-2016 XXXI Yay Olimpiadasında 60 kilolqram çəki dərəcəsində 1/4 final yarışında Azərbaycan boksçusu Albert Səlimov çox zəif oyun göstərdi”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri deputat Aydın Mirzəzadə deyib.

O, bildirib ki, sanki, rinqdə tanıdığımız Albert deyildi: “Döyüş təşəbbüsünü tamamilə təcrübəsiz 21 yaşlı Fransa boksçunua vermişdi. Ən məsul anda idmançılarımızın zəiflik göstərməsi təəssüf doğurur. Medalın bir addımlığında belə oyun göstərmək yolverilməzdir. Yaxşı ki, Kamran Şahsuvarlının inamlı oyunu azarkeşlərini sevindirdi. Kamran artıq 1/4 finaldadır, heç olmasa o növbəti oyununu inamla keçirə”.

AzVision.az


Teqlər:  





Xəbər lenti