Messi milliyə geri döndü

Messi milliyə geri döndü
  13 Avqust 2016    Oxunub:3555
Argentina millisindən getdiyini açıqlayan Leonel Messi qərarını dəyişib.

AzVision.az-ın məlumatına görə, Messi bu qərarının milli komandanı sevdiyi üçün atdığını deyib.

O, qeyd edib ki, Argentina futbolunda dəyişikliyə ehtiyac var: “Həmişə milli komandamıza kömək etmək istəmişəm. Argentina futbolunda da dəyişikliyə ehtiyac var. Ancaq millini tənqid etmək mənə düşməz. Amerika kubokundan sonra milli komandadan getmək istədim, ancaq ölkəmi və milli komandamı çox sevirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, Argentina Amerika kubokunun final oyununda Çiliyə penaltilər seriyasında uduzmuşdu. Zərbələrdən birini Messi qola çevirə bilməmiş və oyundan sonra milli karyerasını bitirdiyini açıqlamışdı.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti