Xocalı aksiyasını dağıdanlar məlum oldu

Xocalı aksiyasını dağıdanlar məlum oldu
  25 Fevral 2013    Oxunub:1478
Onlar ermənipərəst kommunist və kürdlər imiş.
Ankaranın Qızılay meydanında Xocalı soyqırımını əks etdirilən stendlərı dağıdanlar ermənipərəst kommunist və kürdlər olub. Bu barədə Qızılay meydanında Xocalı soyqırımına dair stendin təşkilatçılarından Gökbörü Türkçülər Dərnəyi İdarə Heyətinin üzvü Ege Göztoklusu məlumat verib. Onun sözlərinə görə, hətta dərnəyin üzvlərinə hücum edənlər “hamımız erməniyik, hamımız kürdük, hamımız Qrant Dinkik” şüarları səsləndiriblər.

Göztoklusu APA-ya bildirib ki, ötən gün dərnək üzvləri Türkiyə Böyük Millət Məclisinin diqqətini Xocalı soyqırımının tanınması istiqamətinə yönəltmək məqsədi ilə Qızılay meydanında faciəni əks etdirən stend qurublar: “İştirakçıların əksəriyyəti 18 yaşlı gənclər olub. Hücum edən şəxslərin sayı çox olduğundan hücum nəticəsində dərnəyin 7 üzvü yaralanıb. Onlardan üçünün vəziyyəti ağırlaşıb, yalnız tibbi müdaxilədən sonra hər şey qaydasına düşüb” .

Ege Göztoklusu bildirib ki, hücum nəticəsində ərazidəki bütün stendlər dağıdılıb. Qeyd edək ki, Ankarada Gökbörü Türkçülər Dərnəyi tərəfindən Xocalı soyqırımı ilə bağlı qurulan stendlərə naməlum şəxslər tərəfindən hücum olub. Belə ki, bir qrup gənc Qızılay meydanında Xocalı soyqırımını əks etdirilən stendlərı dağıdaraq, fotoları yerə atıblar. Xocalı soyqırımı üçün imzatoplayan dərnək üzvləri ilə hücum edən şəxslər arasında əlbəyaxa döyüş olub. Hadisə nəticəsində dərnək üzvlərindən 7 nəfərin yaralandığı bildirilir.


Teqlər:  





Xəbər lenti