Podolski Almaniya millisindən getdi

Podolski Almaniya millisindən getdi
  15 Avqust 2016    Oxunub:1618
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Lukas Padolski Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

AzVision.az-ın məlumatına görə, bu barədə 31 yaşlı hücumçu şəxsi instagram səhifəsində yazıb.

Qeyd edək ki, Almaniya millisində 129 oyunda 48 dəfə rəqib qapısına yol tapan Padolski Miroslav Kloze və Tomas Müllerdən sonra yığmada ən çox qol vuran futbolçudur.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti