Azərbaycan Rioda üçüncü medalını qazandı

Azərbaycan Rioda üçüncü medalını qazandı
  16 Avqust 2016    Oxunub:2218
“Rio-2016” Olimpiya Oyunlarının boks yarışlarında Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsinə adlayıb.
Əvvəlki iki görüşündə Zao Minqqanq (Çin) və Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran boksçumuz dörddəbir finalda qazaxıstanlı boksçu - dünya çempionu Janibek Alimxanlı ilə üz-üzə gəlib.

Döyüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn K.Şahsuvarlı yarımfinal mərhələsinə adlamaqla ən azı bürünc medalı təmin edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti