Rio-2016: Azərbaycan Ermənistandan irəlidədir
AzVision.az-ın məlumatına görə, Azərbaycan idmançılarından yunan-Roma güləşçisi Sabah Şəriəti 130 kq. çəki üzrə son təsəlliverici görüşdə alman Eduard Poppu məğlub edərək bürünc medal qazanıb. Ölkəmiz XI yarış gününü 1 medal ilə başa vurub.
Hazırda komandamız 2 gümüş və 1 bürünc medalla siyahıda 51-ci yerdədir.
Siyahıda ilk 5 yeri ABŞ (75 medal), Böyük Britaniya (41 medal), Çin (46 medal), Rusiya (36 medal) və İtaliya (23 medal) tutur.
Qonşu ölkələrdən İran 29-cu (3 medal), Türkiyə 52-ci (2medal), Gürcüstan 55-ci (2 medal) və Ermənistan 57-ci (1medal) mövqedə qərarlaşıb.
AzVision.az