Hamı Çunayevdən qızıl medal gözləyir

Hamı Çunayevdən qızıl medal gözləyir
  16 Avqust 2016    Oxunub:17488
Bu gün saat 17:00-da yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində ilk görüşünə çıxacaq.
AzVision.az-ın məlumatına görə, Rəsulun 1/16 final mərhələsində rəqibi kubalı Migel Martines Palasio olacaq.



Çunayev Olimpiya Oyunlarında əsas medal ümidlərimizdən sayılır. Həmçinin bu güləşçi ölkəmizdə daha çox sevilir.

Qeyd edək ki, Çunayev ötən il I Avropa Oyunlarında və dünya çempionatında 71 kq. çəki dərəcəsində qızıl medal qazanıb. Bu olimpiya çəkisi sayılmadığından, 25 yaşlı pəhləvanımız aşağı çəkidə yarışmalı olacaq.



Rəsul Çunayev 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti