Azərbaycan Rio-da növbəti medalını qazandı - VİDEO

Azərbaycan Rio-da növbəti medalını qazandı - VİDEO
  16 Avqust 2016    Oxunub:10449
Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycanın xanım təmsilçisi kayak yarışlarında final yürüşünə çıxıb.
AzVision.az xəbər verir ki, İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşünə çıxıb. Kayakçımız 8 idmançı ilə birlikdə medal üçün yarışıb.

İdmançımız 3-cü gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, Ukrayna yığmasının heyətində Pekin-2008-də qızıl, London-2012 də 2 gümüş və Afina-2004-də bürünc medal qazanan Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış isə avqustun 17-də start götürəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti