Çunayev yarımfinalda uduzdu - Yenilənib
R.Çunayev bürünc medal uğrunda mübarizə aparacaq.
***
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev növbəti görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, 1/4 final mərhələsində 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançımızın rəqibi Əlcəzair idmançısı Tarek Əziz Benaissa olub.
Bu mərhələdə əlcəzairli idmançı Tarek Aziz Benaissa ilə üz-üzə gələn güləşçimiz rəqibini tam üstünlüklə məğlub etməyi bacarıb: 10:2. Bunulada o, yarımfinala yüksəlib.
Yarımfinalda onun rəqibi Miqran Arutyunyan (Ermənistan) olacaq.
***
Yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində ilk görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, Rəsul Çunayev 1/16 final mərhələsində kubalı Migel Martines Palasio ilə qarşılaşıb.
Gərgin keçən mübarizənin sonunda Çunayev 4:2 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti görüşü saat 17:32-də Rusiya təmsilçisi İslambek Albiyevlə olacaq.
***
Çunayev 1/8 final mərhələsində Rusiya təmsilçisi İslambek Albiyevlə qarşılaşıb. Rəsul gərgin mübarizənin sonunda 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Benaissa Tarek Aziz olacaq.
Qeyd edək ki, Çunayev ötən il I Avropa Oyunlarında və dünya çempionatında 71 kq. çəki dərəcəsində qızıl medal qazanıb. Bu olimpiya çəkisi sayılmadığından, 25 yaşlı pəhləvanımız aşağı çəkidə yarışır.
AzVision.az