Çempionlar Liqasında `qol yağışı` - Nəticələr

Çempionlar Liqasında `qol yağışı` - Nəticələr
  17 Avqust 2016    Oxunub:2208
Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

AzVision.az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma keçirilib.

Səfərdə “Styaua”nın qonağı olan “Mançester Siti” rəqibinə 0:5 hesabı ilə qalib gəlib. “Ayaks” evdə “Rostov”u qəbul edib. “Zalsburq” Xorvatiyada “Dianamo”nun qonağı olub. Hər iki görüşdə 1:1 hesabı qeydə alınıb. “Kopenhagen” öz meydanında Kipr APOEL-ini məğlub edib - 1:0. Münhenqladbax “Borussiya”sı isə səfərdə “Yanq Boyz”a qalib gəlib - 3:1.

Digər beş oyun isə bu gün keçiriləcək.

16 avqust

Çempionlar Liqası

Pley-off mərhələsinin ilk oyunları



22:45. "Ayaks" (Hollandiya) - "Rostov" (Rusiya) - 1:1
Qollar: Noboa, 13 (0:1), Klaassen, 38 (1:1)

22:45. "Dinamo" (Xorvatiya) - "Zalsburq" (Avstriya) - 1:1
Qollar: Lazaro, 59 (0:1), Roq, 76 (1:1)

22:45. "Kopenhagen" (Danimarka) - APOEL (Kipr) - 1:0
Qol: Pavloviç, 43 (1:0)

22:45. "Styaua" (Rumıniya) - "Mançester Siti" (İngiltərə) - 0:5
Qol: Silva, 13 , Aquero, 41, Nolito, 49, Aquero, 78, 89

22:45. "Yanq Boyz" (İsveçrə) - "Borussiya" (Münhenqladbax, Almaniya) - 1:3
Qollar: Raffael, 11 (0:1), Süleymani, 56 (1:1), Hahn, 67 (1:2), Roxat, 69 avtoqol (1:3)

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti