Stadnik qızılı əldən verdi - Yenilənib

Stadnik qızılı əldən verdi - Yenilənib
  18 Avqust 2016    Oxunub:4671
Final görüşwndə güləşçimiz Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz son saniyələrdə məğlub olaraq "Rio-2016"nın gümüş medalı ilə kifayətlənib.

***

Mariya Stadnik yarımfinal mərhələsində bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq (6:0) XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

Təmsilçimiz finala çıxmaqla azı gümüş medal qazanmış hesab olunur.

***

Azərbaycan güləşçisi Mariya Stadnik (48 kq) 1/4 finalda polşalı Nina Matkovskaya qalib gəlib.

10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

***

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

AzVision.az xəbər verir ki, yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb.

Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti