Yəhudilər antisemitizmdən qaçır

Yəhudilər antisemitizmdən qaçır
  05 Avqust 2013    Oxunub:1501
Fransa, Belçika və Macarıstanda yaşayan yəhudilərin çoxu emiqrasiya etməyi düşünürlər.
Qərbi Avropada son aylarda antisemitizm gözlənilməz dərəcədə artıb. Tədqiqatın nəticələrinə görə, doqquz Qərbi Avropa ölkəsində yaşayan yəhudilərin təxminən 26 %-i keçən il azı bir dəfə antisemit təqiblərə məruz qalıb. AzVision.az məlumat verir ki, sorğuya cəlb olunan 34 % respondent son beş il ərzində özü ilə bağlı antisemitizm faktını təsdiq edib. 5 % bildirib ki, yəhudi olduqlarına görə, son beş ildə onların mülkiyyətinə qəsdən ziyan vurulub. Sorğuda iştirak edənlərin 7 %-i isə fiziki zorakılığa və ünvanlarına şifahi təhdidlər edildiyini söyləyib.

Fransa, Belçika və Macarıstanda yaşayan 40 – 50 %-dək yəhudi özlərini təhlükəsiz hiss etdiklərindən bu ölkələri tərk etmək istədiyini etiraf edib.

Avropa yəhudiləri belə hesab edir ki, zaman keçdikcə vəziyyət daha da pisləşəcək. Ona görə də, onlar emiqrasiya haqqında düşünürlər. Son zamanlar təxminən 300 yəhudi ailəsi Fransadan Kanadaya, 120 ailə isə Britaniyaya köçüb.

AzVision.az


Teqlər:





Xəbər lenti