Nanidən türkləri qəzəbləndirəcək sözlər

Nanidən türkləri qəzəbləndirəcək sözlər
  19 Avqust 2016    Oxunub:2138
İspaniyanın “Valensiya” klubunun portuqaliyalı futbolçusu Luis Nani ötən mövsüm “Fənərbağça”ya zorla transfer olunduğunu deyib.

AzVision.az-ın məlumatına görə, portuqaliyalı futbolçu bu barədə “Guardian”a müsahibəsində deyib.

O, bildirib ki, Türkiyədə xəyal qırıqlığına uğradım: “Sabiq komandam “Mançestr Yunayeted”də gözəl günlər keçirirdim. Ancaq, sonra klubumun təzyiqi ilə “Fənərbağça”ya transfer olundum. Hər yeni kluba keçid edəndə insanların yardım edəcəyini umarsınız. Amma “Fənərbağça”da belə olmadı. Stress olan yerdə heç bir uğurdan söhbət gedə bilməz. Türkiyədə xəyal qırıqlığı yaşadım və “Valensiya”ya transfer olundum”.

Nani Türkiyədə oynadığından peşman olduğunu etiraf edib.

Qeyd edək ki, ötən mövsümün əvvəlində “Fənərbağça”ya transfer olunan Luis Nani hazırda İspaniyanın “Valensiya” klubunun şərəfini qoruyur.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti