Klintona qarşı çıxdılar

Klintona qarşı çıxdılar
  06 Avqust 2013    Oxunub:907
ABŞ-ın Respublikçılar partiyasının Milli Komitəsi Hillari Klinton barədə çəkilmiş filmi “NBC” və “CNN” kanallarının efirlərindən çıxarmağı tələb edib.
AzVision.az məlumat verir ki, komitə H.Klintonun prezidentliyə potensial namizəd kimi göstərildiyi sənədli filmi efirdən yığışdırmağı tələb edib. Komitənin sədri Rayns Pribus telekanalların rəhbərliyinə məktub göndərib. Məktubda bildirilib ki, Klinton barədə çəkilən film Respublikaçıların gələcək müzakirələrini boykot edə bilər.

“Əgər “NBC” və “CNN” kanalları Hillari Klinton barədə çəkilən filmlərin nümayişindən imtina etməsə, Respublikaçılar partiyası adı çəkilən kanallarla əməkdaşlığa son qoyacaq” - Pribus “Twitter”də bildirib.

Qeyd edək ki, “CNN” 2014-cü ildə Klinton haqqında bioqrafik film, “NBC” isə həmin mövzuda mini serial göstərməyə hazırlaşırdı.

Klinton 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələ açıqlama verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti