Daha bir idmançımızdan dopinq çıxdı

Daha bir idmançımızdan dopinq çıxdı
  24 Avqust 2016    Oxunub:3201
Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayevin orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) paylaşıb. Bleə ki, Pekin Yay Olimpiya Oyunlarında götürülən dopinq testinin təkrar yoxlanılması zamanı müsbət nəticə verən 15 idmançının içində Nizami Paşayevində adı var.

Dünya və Avropa çempionumuzun orqanizmində deqidroxlorometiltestosteron, oxandrolone, stanozolol aşkarlanıb. Azərbaycan yığmasının sabiq baş məşqçisi olan Paşayev Pekin Olimpiadasından öncə - 2006-cı ildə Avropa çempionatından sonra 2 illik cəzalanmışdı.

Qeyd edək ki, Nizami Paşayev Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub.

AzVision.az


Teqlər:  





Xəbər lenti