“Qalatasaray” hücumçusunu pulsuz icarəyə verir

“Qalatasaray” hücumçusunu pulsuz icarəyə verir
  24 Avqust 2016    Oxunub:1896
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Umut Bulutu icarəyə vermək qərarına gəlib.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, 33 yaşlı hücumçu mövsümün sonuna qədər “Kayserispor”da çıxış edəcək.

Artıq klublar arasında hərtərəfli razılıq əldə olunub.

“Qalatasaray”ın bu keçid üçün hər hansı bir icarə haqqı almayacağı bildirilir.

Qeyd edək ki, 2012-ci ildən “Qalatasaray”da çıxış edən Umut Bulut bu müddət ərzində 110 oyuna çıxıb və 39 qol vurub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti